FIBA Avropa Kubokunda qrup mərhələsinin V tur oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən üç klub bu gün növbəti matçlarını səfərdə keçirəcək.
C qrupunda mübarizə aparan "Gəncə" Rumıniyada "Krayova"nın qonağı olacaq. Avrokuboklarda ilk dəfə iştirak edən və ötən həftə "Sportinq"i məğlub edərək ilk qələbəsini qazanan təmsilçimizin oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
H qrupunda yer alan "Neftçi" də eyni saatda meydana çıxacaq. Hələ ki qələbəsi bulunmayan "ağ-qaralar" Bolqarıstanda "Lokomotiv" (Plovdiv) klubu ilə üz-üzə gələcəklər.
G qrupunda çıxış edən "LANDAU Lions" isə Portuqaliyada "Benfika"nın qonağı olacaq. Ötən tur ilk qələbəsini sevinən "şirlər"in qrup liderlərindən biri ilə qarşılaşması saat 23:00-da start götürəcək.
FIBA Avropa Kuboku (V tur):
21:00 "Krayova" – "Gəncə" (C qrupu)
21:00 "Lokomotiv" – "Neftçi" (H qrupu)
23:00 "Benfika" – "LANDAU Lions" (G qrupu)


