Argentinalı müdafiəçi Fakundo Kampatso zədə səbəbindən qeyri-müəyyən müddətə meydana çıxa bilməyəcək. Bu, "Real Madrid"in heyətindəki itkiləri daha da artırıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmi olaraq Kampatsonun bud əzələsində problem olduğunu açıqlayıb. Onun bərpa müddəti hələlik dəqiq bilinmir. Qeyd edək ki, Kampatso bu mövsüm EuroLeague-də 9 oyunda orta hesabla 9,7 xal, 4,9 assist və 2,3 ribaundla çıxış edib. "Real Madrid" hazırda turnirdə 6 qələbə və 3 məğlubiyyətlə irəliləyir.