1-ci liqa təmsilçisi “Mingəçevir”in futbolçuları rəhbərliyə etiraz olaraq “Şahdağ Qusar”la keçirilməli oyunu boykot edib.
Offsideplus.az-a daxil olan məlumata görə bunun səbəbi maaşların verilməməsidir.
Redaksiyamız klub rəhbərliyi ilə əlaqə saxlayıb və məlumat təsdiqlənib. Mövsüm başlayandan bəri heç bir futbolçu əmək haqqlarını almayıb.
Qeyd edək ki, görüş saat 15:00-da başlamalı idi.


