Viktor Dyokereş bu mövsüm "Arsenal" üçün ikinci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, isveçli hücumçu Çempionlar Liqasının 4-cü turunda "Slaviya" ilə oyunun birinci hissəsində fərqlənib. O, 38-ci dəqiqədə hesabı açıb və həmçinin Noni Maduəkəyə qol ötürməsi edib. Bu, Dyokereşin cari mövsümdə "Arsenal"da ikinci qolu olub. O, ilk qolunu Liqa Kubokunda "Flitvud Taun"a qarşı oyunda vurmuşdu (1:1, penaltilər 3:5). Premyer Liqada isə Dyokereş altı oyunda hələ qol sevinci yaşaya bilməyib.


