Uruguaylı yarımmüdafiəçi Federiko Valverde "Real Madrid"də müxtəlif mövqelərdə çıxış etməsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Valverde Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda AEK-ə qarşı oyunda qələbə qolunu vurub. O, görüşdən sonra fikirlərini belə ifadə edib:

"Ən yaxşı yarımmüdafiəçi və ən yaxşı sağ cinah müdafiəçisi olmaq üçün əzmlə çalışıram. Hansı mövqedə oynamağımın fərqi yoxdur. Trent Aleksander-Arnold və Denzel Dumfris mənim üçün nümunədir, onlardan öyrənməyə çalışıram".