“Artıq hər oyunda biraz da üstünə qoyan komanda görürük. Bu mövsüm çempionluğa əsas namizədlər “Sabah” və “Qarabağ”dır”.
Bu sözləri “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Rauf Əliyev “Azərbaycan derbisi” haqda Offsideplus.az-a danışarkən deyib:
“Bu gün həqiqətən çox maraqlı oyun gözləyirik. Çünki son dövrlər yaxşı çıxış edən “Neftçi” var. Son vaxtlara baxanda bu komanda toparlana bilib. Bir də yenilənmiş “Qarabağ” var. Artıq hər oyunda biraz da üstünə qoyan komanda görürük. Bu mövsüm çempionluğa əsas namizədlər “Sabah” və “Qarabağ”dır. “Qarabağ”a da belə oyunlarda 3 xal çox vacibdir. Hər iki komanda qələbə qazana bilər, amma Ağdam təmsilçisini 60-ın 40-a favorit görürəm”.
Qeyd edək ki, matç bu gün, saat 19:00-da başlayacaq.


