Braziliyalı futbolçu Vinisius Junior Madriddəki villasında özəl gecə keçirib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in oyunçusu tədbiri model və influenser Virciniya Fonseka ilə üçüncü dəfə ayrıldıqdan sonra təşkil edib. Gecəyə ispan və braziliyalı modellərlə yanaşı, "Real Madrid"in digər futbolçuları Cud Bellinqem, Eduardo Kamavinqa və Din Heysen də qatılıb. Tədbirdə mobil telefonlardan istifadə qadağan edilib, buna görə də yalnız qonaqların gəlişi və çıxışı görüntülənib, içəridə çəkiliş olmayıb.
Gecənin sonunda Vinisius braziliyalı model Karla ilə yataq otağına yollanıb, digər qonaqlar isə əylənməyə davam ediblər. LeoDias-ın məlumatına görə, Cud Bellinqem tədbiri digərlərindən əvvəl tərk edib, lakin getməzdən öncə bütün modelləri dodaqdan öpüb. Qeyd olunur ki, Bellinqem təxminən üç ildir 28 yaşlı amerikalı model və influenser Eşlin Kastro ilə münasibətdədir. Cütlük şəxsi həyatını gizli saxlayır və birgə fotolarını nadir hallarda paylaşır. Vinisius və Virciniya Fonseka isə üçüncü dəfə ayrılıblar. Sentyabrda Virciniya barmaqlarında üzük olan birgə foto paylaşmışdı.


