"Gəncə" basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi xorvatiyalı mütəxəssis Martin Knejeviçlə vidalaşıb.

Klub rəhbərliyi FİBA Avropa Kubokundakı uğursuz çıxışdan sonra baş məşqçi ilə bir araya gələrək komandanın son durumunu müzakirə edib.

Görüşün nəticəsi olaraq mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.