Magomed Ankalaev ağır çəki dərəcəsində Aleksandr Volkovla qarşılaşmaq istəmədiyini bildirib. O, bunun səbəbini Volkovun ABŞ-da hazırlıq prosesində ona böyük dəstək göstərməsi ilə əlaqələndirib. Ankalaev qeyd edib ki, Volkov daim onunla sparrinqlarda iştirak edib, rəqiblərini imitasiya edərək hazırlığına kömək göstərib.
Offsideplus.az xəbər verir ki, Ankalaev son döyüşündə texniki nokautla Boqdan Quskovu məğlub edib. O, əlavə edib ki, bir döyüş də qazanacağı halda rəhbərlik ona titul döyüşü vəd edib.


