Fransalı hücumçu Antuan Qrizmann ABŞ çempionatında növbəti dəfə fərqlənib.
Offsideplus.az xəbər verir ki, "Orlando"nun oyunçusu MLS-də "Di Si Yunayted"ə qarşı keçirilən görüşdə iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. 35 yaşlı futbolçu bununla da turnirdə ardıcıl 4-cü oyunda (4 qol, 3 assist) məhsuldar seriyasını davam etdirib.
Qrizmann bu mövsüm MLS-də 14 matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, vaxtilə "Atletiko" və "Barselona"nın da formasını geyinib.


