Misli Premyer Liqasında VIII tura "Kəpəz" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, görüş Gəncə şəhər stadionu baş tutacaq.
Stadionda yenə anşlaq gözlənilir.
Komandalar turnir cədvəlində qonşu mövqelərdədir. "Zirə" 11 xalla 6-cı, ondan bir xal az toplayan "Kəpəz" isə 7-ci yerdədir.
MPL, VIII tur
18 oktyabr (bazar)
18:30 “Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə şəhər stadionu


