UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Sabah" – "Borussiya" (Dortmund) qarşılaşmasının hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Bakıdakı görüşü İspaniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi FIFA referisi Xavyer Alberola Roxas olacaq. Ona yan xətlərdə Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Sesar Soto Qrado, AVAR isə Valentin Qomes olacaq.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Sabah" – "Borussiya" matçının start fiti saat 20:45-də səslənəcək.


