Portuqaliya millisinin və PSJ klubunun futbolçusu Vitinya Kriştianu Ronaldunun yenidən milli komandaya qayıtmasını arzuladığını bildirib.
Offsideplus.az xəbər verir ki, Vitinya bu barədə TNT Sports-a açıqlamasında danışıb:
“Ümid edirəm ki, Kriştiano Ronaldo milli komandaya qayıdacaq. Mənim edə biləcəyim yeganə şey onun geri dönəcəyinə və hər şeyin qaydasında olacağına ümid etməkdir.
Hamımız bunu istəyirik və ümid edirəm ki, bu baş verəcək”, – deyə Vitinya bildirib.


