UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin II turu məhsuldarlıq baxımından turnirin rekordunu yeniləyib.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 18 oyunda qapılara ümumilikdə 78 qol vurulub. Bu, hər matçda orta hesabla 4,33 qol deməkdir.

Əvvəlki rekord 2025/2026-cı illər mövsümünün III turunda qeydə alınmışdı. Həmin vaxt 18 matçda 71 qol vurulub və orta göstərici 3,94 olub.