Fransa millisinin sabiq futbolçusu Kristof Dyuqarri "PSJ"nin Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti" üzərində qazandığı 4:2 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, Dyuqarri ilk hissənin təsirli keçdiyini bildirib: "Birinci hissə sadəcə heyrətamiz idi – adi səviyyədən xeyli üstün ustalıq nümayiş etdirildi. "PSJ" bir mesaj göndərir: mövsümün əvvəlindən komanda qeyri-stabil çıxış etsə də, istədikdə istənilən rəqibi məğlub edə bilər. Elə təsəvvür yaranır ki, parislilər sürəti artırmaq və ya bir az daha çox güc sərf etmək istəsələr, oyunun taleyini dərhal həll edə bilərlər. Bəli, ikinci hissədə onlara asan olmadı, amma düşünürəm ki, bu, bir qədər arxayınlaşmaları və tempin azalması ilə bağlı idi. Onlar digər bütün komandaları xeyli üstələyirlər. Bu, bütün rəqiblərə çox ciddi siqnaldır" – deyə Kristof Dyuqarri vurğulayıb.