Kilian Mbappe üçün "Roma"ya qarşı oyun əlamətdar olub.

Offsideplus.az xəbər verir ki,  "Real Madrid"in hücumçusu Çempionlar Liqasında 100-cü oyununu keçirib.

Mbappe bu göstəriciyə ən gənc yaşda çatan futbolçu olub. Əvvəlki rekord Lionel Messiyə məxsus idi.

Messi Çempionlar Liqasında 100-cü oyununu 28 yaş 84 gündə oynamışdı. Mbappe isə bu nailiyyətə 27 yaş 298 gündə çatıb.

Qeyd edək ki, "Roma" - "Real Madrid" oyunu 1:1 hesabı ilə davam edir.