Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in əsas mərhələsində Çexiya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az-a açıqlama verən mütəxəssis komandanın qarşılaşmaya tam hazır olduğunu bildirib:

"Hazırlığımız tamamlanıb. Sabah sonuncu məşqimiz olacaq. Qələbə qazanmaq üçün komandamız hazırdır. Çexiyanın zəif tərəfləri üzərində çalışmışıq. İnanıram ki, qalibiyyət əldə edəcəyik".