Maliyyə feyr-pleyi qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti" klubunun məhkəmə prosesində yekun qərarın veriləcəyi tarix müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"ə qarşı qaldırılan iddia üzrə rəsmi hökmün gələn ilin əvvəlində elan edilməsi gözlənilir.
Qeyd edək ki, Premyer Liqa rəhbərliyi Mançester təmsilçisini müxtəlif illəri əhatə edən maliyyə qayda pozuntularında günahlandırır.
İş üzrə araşdırmalar və dinləmələr davam edir.


