"Real Madrid"in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə beşinci pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, futbolçu buna turnirin ümumi mərhələsinin ikinci turunda İtaliyanın "Roma" klubu ilə görüşdə nail olub.

Fransalı hücumçu sözügedən matçda 72-ci qolunu vurub.

Bununla da o, ispaniyalı Raulun göstəricisini (71 qol) geridə qoymağı bacarıb.

Qeyd edək ki, Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçu portuqaliyalı Kriştianu Ronaldudur.