UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun növbəti oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma baş tutub.

Turun diqqətçəkən oyununda PSJ səfərdə “Mançester Siti”ni 4:2 hesabı ilə məğlub edib. “Real” isə səfərdə “Roma”ya qarşı əzmkar qələbə qazanıb. Madrid təmsilçisi 7 dəqiqə ərzində 3 qol vuraraq 4:3 hesabı ilə qalib gəlib.

“Liverpul” da məhsuldar keçən görüşdə LASK-ı 6:3 hesabı ilə məğlub edib.

- “Feyenoord” (Niderland) 3:2 “Komo” (İtaliya)
- LASK (Avstriya) 3:6 “Liverpul” (İngiltərə)
- “Roma” (İtaliya) 3:4 “Real” (İspaniya)
- “Aston Villa” (İngiltərə) 6:0 “Fənərbağça” (Türkiyə)
- “Betis” (İspaniya) 3:2 “Portu” (Portuqaliya)
- “Budyo-Qlimt” (Norveç) 1:0 “Borussiya Dortmund” (Almaniya)
- “Mançester Siti” (İngiltərə) 2:4 PSJ (Fransa)
- “Şaxtyor” (Donetsk, Ukrayna) 3:1 AEK (Afina, Yunanıstan)
- “Slovan” (Bratislava, Slovakiya) 0:3 “Ştutqart” (Almaniya)