Futbol üzrə Danimarka millisinin sabiq baş məşqçisi Bo Yuhansson 83 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. İsveçli mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.
Bo Yuhansson 1996-2000-ci illərdə Danimarka yığmasına rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə komanda 1998-ci ildə Fransada keçirilən dünya çempionatının 1/4 finalınadək irəliləyib.


