Uqandanın "Villa" klubunun kapitanı Devid Ovori öldürülüb.


Offsideplus.az xəbər verir ki, bu barədə "Daily Monitor" nəşri məlumat yayıb.

Bildirilib ki, avqustun 4-də 27 yaşlı müdafiəçi paytaxt Kampala şəhərində yerləşən evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Futbolçu komanda yoldaşı Nikolay Kabonqe tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin başvermə şəraiti və hücumu törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Qeyd edək ki, Devid Ovori karyerası ərzində "Villa",  "Veles" və İsveçin "Utsiktens" klublarında forma geyinib.