İtaliyanın "Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpatonun narkotik testinin nəticəsi müsbət çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Mənbənin iddiasına görə, 22 yaşlı futbolçu Sidneydə polis tərəfindən saxlanılıb. Aparılan müayinədə orqanizmində kokain maddəsi aşkar edilib.
Qeyd edək ki, Kristian Volpato ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatında Avstraliya millisinin heyətində iştirak edib.


