Almaniya millisinin sabiq üzvü Mesut Özil "Arsenal" və "Real Madrid"də çıxış etdiyi dövrdə qazandığı nüfuzla beynəlxalq futbol ictimaiyyətində tanınır. O, Rusiya klublarının və yığmasının beynəlxalq turnirlərdən uzaqlaşdırılması ilə bağlı mövqeyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbulda veteranlar arasında keçirilən "İstanbul" – "Zenit" yoldaşlıq oyunundan sonra Mesut Özil FİFA-nın qərarlarını tənqid edib. O bildirib ki, "idman cəmiyyəti həmişə insanları birləşdirib. Bu vəziyyətdə FİFA İsrail klublarına sanksiya tətbiq etməyib, amma Rusiya klublarına qarşı belə addım atıb. Mən FİFA-nı bu ikili standartlardan imtina etməyə və hamıya eyni münasibət göstərməyə çağırıram". Qeyd edək ki, Rusiya klubları və yığması 2022-ci ildən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.