"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Lill"ə qarşı keçirilən matçda ağrıları olmasına baxmayaraq, fədakarlıq edərək meydanda yer alıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçunun qarşıdakı derbi matçında iştirak edib-etməyəcəyi isə hələ dəqiq deyil.

Onun derbidə oynayıb-oynamayacağı oyun günü həkimlərin son rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" oyunu oktyabrın 26-da oynanılacaq.