Argentina təmsilçisi "Estudiantes" "Libertadores" kubokunun yarımfinal cavab matçında "Flamenqo"nu məğlub edərək finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, əsas vaxtı qolsuz bitən oyunda 50-ci dəqiqədən azlıqda mübarizə aparan "Estudiantes" penaltilər seriyasında 3:2 hesabı ilə zəfər çalıb.
Qələbənin əsas qəhrəmanı 3 penaltini dəf edən 40 yaşlı uruqvaylı qapıçı Fernando Muslera olub.
Argentina klubu noyabrın 28-də Uruqvayın "Sentenario" stadionunda keçiriləcək final matçında "Palmeyras" ilə qarşılaşacaq.
"Estudiantes" bu turnirdə 2018-ci ildən bəri davam edən Braziliya klublarının hegemonluğuna son qoymaq və 5-ci çempionluğunu qazanmaq niyyətindədir.


