Dünən ABŞ Prezidenti Donald Tramp "Filadelfiya"nın ulduzu Lebron Ceymsi dövlət himni oxunarkən qolf zərbəsi hərəkətləri etdiyinə görə kəskin tənqid etmiş və ondan amerikalı hərbçilərdən üzr istəməsini tələb etmişdi.
Offsideplus.az xəbər verir ki, Trampın çıxışı barədə soruşulduqda 41 yaşlı basketbolçu tənqidə qısa bir ifadə ilə reaksiya verib.
"Görünür, ofisdə xəbər baxımından darıxdırıcı bir gün olub. Sadəcə ofisdə xəbərsiz, darıxdırıcı bir gün", — deyə təcrübəli oyunçu "Klivlend"lə qələbə matçından sonra bildirib.
Qeyd edək ki, Ceyms "Filadelfiya"nın öz tarixinin ən böyük geridönüşünü etməsinə yaxından kömək olub.


