UFC-nin yarımorta çəki döyüşçüsü Xoakin Bakli növbəti qarşılaşmadan sonra karyerasını başa vuracağını bildirib. O, bu qərarı qəbul etməyin asan olmadığını deyib və hələ də azarkeşlərinə göstərəcək çox şeyi olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Bakli nənəsinin sözlərinin ona güclü təsir etdiyini qeyd edib: "Nənəm gördüklərinə inanmadı, ağladı. Mənim məqsədim həmişə çempionluq kəməri olub. Lakin bu hədəfdən bu qədər uzaqda olduğum halda davam etməyin mənası yoxdur. Nənəmdən mənim üçün dua etməsini xahiş etdim ki, bir dəfə də oktaqona çıxmağa gücüm olsun. İdmandan məğlub kimi ayrılmaq istəmirəm".

Qeyd edək ki, Bakli son döyüşünü 18 oktyabr tarixində Mayk Melota qarşı keçirib və ikinci raundda nokautla uduzub. UFC prezidenti Dana Uayt isə zarafatla Baklinin ona əl verməkdən imtina etməsinə münasibət bildirərək, "Bunu ürəyinizə salmayın, amma məğlubiyyətdən sonra onun işdən çıxarılmasını dedim" deyib.