UFC-nin yüngül çəkidə sabiq çempionu Petr Yan Merab Dvalişvili ilə qarşıdakı döyüş üçün planından danışıb.

Offsideplus.az xəbər verir ki, o, həmişə komandasının hazırladığı taktikanı dəqiq yerinə yetirməyə çalışdığını və rəqibini mərhələli şəkildə zəiflətməyi hədəflədiyini bildirib. "Əgər imkan tapsam, onu nokauta salacağam. Onun burnunu yenidən sındıracağam. Bu dəfə sığorta da kömək etməyəcək", – deyə Yan vurğulayıb.

Petr Yan və Merab Dvalişvili arasında titul döyüşü 24 avqust tarixində UFC 333 turnirində baş tutacaq. UFC prezidenti Dana Uayt bu qarşılaşmanın qalibini yüngül çəkidə ən güclü döyüşçü hesab etməyin mümkün olduğunu bildirib.