UFC-nin yüngül çəkidə çıxış edən idmançısı Arman Tsarukyan növbəti döyüşünün titul uğrunda olacağını açıqlayıb. O bildirib ki, qarşılaşma gələn ilin əvvəlində, birinci rübdə baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Tsarukyan sonuncu dəfə UFC 331 turnirində qəfəsə çıxıb və Maurisio Ruffini nokautla məğlub edib. Hazırda yüngül çəki kəmərinin sahibi Castin Geycidir. Çarls Oliveyra isə qeyd edib ki, əgər Geyci karyerasını başa vursa, o zaman Tsarukyanla vakant titul uğrunda döyüşəcək.


