Rusiya millisinin baş məşqçisi Valeri Karpin Aleksey Batrakovun "Qalatasaray"ın heyətində Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Karpin Batrakovun dünən keçirilən üçüncü tur oyununda "Lill"ə qarşı qol vurmasını və əvvəlki qarşılaşmada "Barselona"ya da fərqlənməsini dəyərləndirib. O bildirib ki, burada qeyri-adi heç nə yoxdur, lakin Aleksandr Qolovindən sonra Rusiyadan yeni bir futbolçunun bu səviyyədə fərqlənməsi önəmlidir.

"Azarkeşlərin keçmiş oyunçuları xatırlaması üçün nə etmək lazımdır? Biz hazırda bunu edirik. RFS və RPL-in tədbirləri keçirilir, regionlara müəyyən uğurlar əldə etmiş səfirlər gedir və onlar böyük səylər göstərməyin vacibliyini nümayiş etdirirlər. Özüm barədə danışmaq istəmirəm, heç nəyə nail olmamışam. Amma indi klublarda, yığmada və rəhbərlikdə çalışan məşqçilər təkcə Rusiyada deyil, xaricdə də uğur qazanıblar. Gənc futbolçular bunları görür və eşidir. Onlar da dünən Batrakovun etdiyini edə bilərlər. O, daha bir qol vurdu. Aydındır ki, burada fövqəladə bir şey baş vermədi. Amma Rusiyadan yeni bir futbolçunun Qolovindən sonra bu səviyyədə fərqlənməsi də vacibdir", – deyə Karpin "Rusiya – idman dövləti" forumunda qeyd edib.