"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Çempionlar Liqasının qrup mərhələsində "Komo"ya 1:4 hesabı ilə uduzmasından sonra oyunçuların münasibəti və özünün mümkün istefası barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kerrik məsuliyyətin yalnız öz üzərində olmadığını bildirib: "Söhbət mənim üçün oynamaqdan getmir, əsas məsələ bu klub üçün çıxış etməkdir. Bu, böyük məsuliyyətdir. Öz mövqeyimdə həm klub, həm də azarkeşlər qarşısında cavabdehəm. Hər zaman maksimumumu verirəm, bütün həyatım bu işə həsr olunub. Hər şey yaxşı da ola bilər, pis də, amma əlimdən gələni edirəm. Əslində, məsələ mənimlə bağlı deyil, bütün məşqçilər heyətinin klubun inkişafına verdiyi töhfədir".

O, komandanın oyunu ilə bağlı narazılığını da gizlətməyib: "Ümid edirəm ki, bütün futbolçular eyni səviyyədə çalışır, amma bu oyunda gördüklərim xoşuma gəlmədi".

Kerrik istefa ehtimalına münasibətini belə ifadə edib: "Vəzifəmlə bağlı heç düşünmürəm. Biz azarkeşlər üçün çalışırıq. Bu oyunda mən də onlardan biri idim, baş verənlərə baxdım və heç xoşuma gəlmədi".