"İnter"in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının cari mövsümündə ilk qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, üçüncü turda "İnter" səfərdə "Şaxtyor"u 1:0 hesabı ilə məğlub edib. İtaliya təmsilçisi 68-ci dəqiqədən etibarən Alessandro Bastoninin qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb.
Kivu bildirib: "Oyuna yaxşı başladıq, lakin matçın gedişində strukturumuzu qorumaq üçün bir qədər ehtiyatlı davrandıq. Üçlü əvəzetmədən sonra yenidən enerji, hərəkətlilik və düzgün kombinasiyalar tapdıq. Sonra azlıqda qaldıq və məhz çatışmayan keyfiyyəti nümayiş etdirdik. Qollarımızı çırmalayıb bir komanda kimi birləşməyin vacibliyini dərk etdik. Hər zaman gözəl futbol nəticə vermir – bəzən ürək və xarakter lazımdır. Bu gün futbolçular məhz bunu göstərdi. Mövsüm uzun çəkir, hər üç gündən bir oynayırıq, səviyyəni qorumaq üçün güc lazımdır. Bəzən təcrübə kifayət edir, amma Çempionlar Liqasında sürətli düşünmək, tez qaçmaq və özünəinam vacibdir. Bu gün əziyyət çəkməyə hazır idik və düşünürəm ki, əvvəllər məhz bu çatışmırdı".


