Lionel Messi süni intellekt platforması ChatGPT-nin reklam çarxında iştirak edib.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz sosial şəbəkədə paylaşdığı videoda süni intellektin köməyi ilə şahmat oynayıb. Messi bildirib: "ChatGPT-dən mənim oyun üslubuma uyğun şahmat debütü öyrətməsini istədim. O isə mənə Goat Horns ("Keçi buynuzları") debütünü təklif etdi. Siz də ChatGPT-nin intellektual interfeysini sınayın".
Çarxda Messi qara fiqurlarla oynayır. Proqram tərəfindən təklif olunan, mövcud olmayan debüt belədir: 1.e4 a6 2.d4 c6. Bu vəziyyətdə qara piyada düzülüşü buynuzlara bənzəyir. Qeyd edək ki, GOAT ifadəsi "Greatest of All Time" – "bütün dövrlərin ən yaxşısı" mənasını verir.


