UFC-nin ağır çəki döyüşçüsü Aleksandr Volkov UFC 333 turniri öncəsi keçirilən mətbuat konfransında Aleks Volkanovski və Dana Uayta maraqlı suallar ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, Volkov Volkanovskiyə belə müraciət edib: "Aleks, mən UFC-də karyerama yeni başlayıram. Peşəkar döyüşlərim çox azdır. Yeri gəlmişkən, adım Aleksandr Volki, sənə bənzəyirəm. Sən mənim kumirim olmusan. Mənə hansı məsləhəti verərdin? UFC çempionu olmaq üçün nə etməliyəm?"
Dana Uayta isə Volkov belə sual verib: "Cənab Dana, mən UFC-də yeniyəm. Peşəkar döyüşlərim çox azdır. UFC çempionu olmaq üçün nə etməliyəm?" Uayt əvvəlcə Volkovu tanımamış kimi edib, sonra isə belə cavab verib: "Şon Şelbi və Mik Meynardla danış."
Qeyd edək ki, həm Volkov, həm də Volkanovski 24 oktyabr tarixində keçiriləcək UFC 333 turnirində döyüşəcək.


