İyulun 29-da Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Offsideplus.az xəbər verir ki, "Toyota" markalı (99-EN-361) minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində dünyasını dəyişiblər. "Ford Transit"in sürücüsü isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Qəzada ölənlər "Qobu" klubunun futbolçuları olublar.

Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

(oxu.az)

Faciəvi qəza anının kadrlarını təqdim edirik: