FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda səfərdədir.

Offsideplus.az xəbər verir ki, 77 yaşlı fransalı funksioner Hövsan Yarış Kompleksinə baş çəkib və idman qurğusunda görülən işlərlə yaxından tanış olub.

"Arsenal"ın sabiq baş məşqçisi paytaxtımıza U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində gəlib.

Qeyd edək ki, 189 ölkənin iştirakı ilə təşkil olunan və 1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı turnir oktyabrın 24-dən 30-dək keçiriləcək. Yarışın ilk oyunlarına Hövsan Yarış Kompleksi ev sahibliyi edəcək, açılış və final görüşləri isə Bakı Kristal Zalında baş tutacaq.