Dünya Güləş Birliyində (UWW) prezident seçkisi keçirilib.
Offsideplus.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil olunan UWW Konqresində serbiyalı Nenad Laloviç növbəti müddətə qurumun rəhbəri seçilib.
68 yaşlı təcrübəli funksioner seçkilərə yeganə namizəd kimi qatılıb və növbəti dəfə etimad qazanıb.
Qeyd edək ki, 2015-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü olan Nenad Laloviç 2014-cü ildən etibarən Dünya Güləş Birliyinə rəhbərlik edir.


