Portuqaliyalı baş məşqçi Joze Mourinyo Rafael Nadalin "Real Madrid"in idarə heyətinə daxil edilməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, tanınmış tennisçi Rafael Nadal dünən "Real Madrid"in idarə heyətinin iclasında bu təklifi qəbul etdiyini açıqlayıb. Mourinyo bu barədə deyib: "'Real Madrid'ə və Nadala dərin hörmət bəsləyirəm. Çox qürurluyam, Nadal Nadaldır. İndi ümid edirəm ki, digər klubların azarkeşləri də onu sevməyə davam edəcəklər".


