İtaliyalı sabiq hücumçu Antonio Kassano müasir futbolun əvvəlki illərlə müqayisədə ona daha az maraqlı gəldiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Kassano öz dövründə meydanda daha çox fərdi istedad və xarakterli oyunçuların olduğunu deyib. "Mənim oynadığım illərdə futbolda daha çox şəxsiyyət və istedad var idi. İndi isə bu çatışmır. İspaniya millisinin, "Barselona"nın, "PSJ"nin və son illərdə Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin oyununu izləməyi xoşlayıram. Qalan komandalar isə sadəcə meydanda ora-bura qaçırlar. Mən isə cəsarətli və xarakterli futbolçuları sevirəm", – deyə Kassano vurğulayıb.

O, həmçinin öz karyerası barədə danışıb: "Bəli, mən meydanda çox qaçmırdım, bu doğrudur (gülür). Məndə kifayət qədər istedad var idi, amma heç vaxt nəyisə qurban vermək istəmirdim. İradəm çatmırdı ki, az yeyim və daha çox çalışım, amma özümə görə xoşbəxt idim".