"Real Madrid"in cinah oyunçusu Vinisius Junior hakimlərin ona qarşı qayda pozuntularını tez-tez görməməzlikdən gəldiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Vinisius Çempionlar Liqasının "Roma"ya qarşı keçirilən oyunundan (4:3) sonra fikirlərini bölüşüb:
"Azarkeşlər məni fitə basmalıdır, çünki mən buradayam ki, onların komandalarına qol vurum. Amma hakimləri başa düşmürəm. Statistikaya baxdım, mənə qarşı 500 qayda pozuntusuna cəmi 5 qırmızı vərəqə düşür, neçə sarı vərəqə olduğunu isə bilmirəm. Sarı vərəqələri isə həmişə Vinisius alır. Bunu anlaya bilmirəm. Biz Lamine Yamal kimi "Barselona"da və ya Xulian Alvares kimi "Atletiko"da olan xüsusi oyunçuları qorumalıyıq".
Dörd oyunluq cəzaya münasibət bildirən Vinisius əlavə edib: "Rəqibin saçından tutduğuma görə yeni qayda tətbiq olundu, amma bizə bunu izah etməmişdilər. Məni tez-tez vururlar, amma vərəqəni mən alıram".


