Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Avro-2008-in dörddəbir finalında Rusiya yığmasına qarşı keçirdikləri oyunu xatırlayıb.

Offsideplus.az xəbər verir ki, Sneyder həmin qarşılaşmanın onun karyerasında ən ağır iz buraxan oyunlardan biri olduğunu bildirib. "Biz həmin vaxt əla formada idik, özümüzü məğlubedilməz hiss edirdik. Qrup mərhələsində həm dünya çempionu İtaliyanı, həm də vitse-çempion Fransa yığmasını darmadağın etmişdik. Amma o gün Rusiya komandası Qus Hiddinkin rəhbərliyi altında çox güclü idi. Hələ də baş verənləri izah edə bilmirəm. Fiziki cəhətdən tam hazır idik, öz futbolumuzu oynayırdıq, lakin rəqib inanılmaz əzmkarlıq göstərdi və əlavə vaxtda bizi üstələdi. Həmin gün belə komandaya qarşı heç bir şansımız yox idi" – deyə Sneyder vurğulayıb.