Argentina millisinin və "İnter"in hücumçusu Lautaro Martines sol budunun arxa əzələsində zədəyə görə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, Martinesin bərpa prosesi bir aydan çox çəkəcək. Bu səbəbdən futbolçu noyabrda milli komandaların oyunları üçün nəzərdə tutulan fasilədən sonra meydana qayıdacaq. Lautaro bu müddətdə, o cümlədən 31 oktyabrda keçiriləcək "Milan"la derbini də əldən verəcək və ümumilikdə 7 qarşılaşmada iştirak etməyəcək.


