Tako Fall "Filadelfiya Seventi Siksers"in mərkəz oyunçusu kimi Ceylen Braunla yenidən eyni komandada çıxış edəcəyi üçün sevincini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Fall münasibətlərinin illər ərzində möhkəmləndiyini bildirib: "Ceylen mənim qardaşımdır. Bu illər ərzində aramızda əla münasibət yaranıb, hətta mən komandada olmayanda belə. O, ailəmizin bir üzvüdür, ikinci qızımın xaç atasıdır. Bütün bu illər ərzində münasibətlərimiz həqiqətən gözəl olub. Şəxsən mən çox xoşbəxtəm ki, yenidən birgə oynamaq imkanımız olacaq".

Qeyd edək ki, Tako Fall və Ceylen Braun 2019-2021-ci illərdə "Boston Seltiks"də iki mövsüm birgə çıxış ediblər. Həmin illər Fallın NBA-də ilk addımları olub.