İspaniyalı müdafiəçi Mark Kukurelya "Real Madrid"in "Roma" üzərində Çempionlar Liqasında qazandığı 4:3 hesablı qələbə və La Liqada "Sevilya"ya qarşı 4:1 hesablı uğurlu çıxış barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, Sevilya" ilə qarşılaşmada komandasının oyuna yaxşı başladığını və 90 dəqiqə ərzində yüksək səviyyədə çıxış etdiyini bildirib.

"Oyun boyu nə vaxt tempi artırmaq, nə vaxt isə topa nəzarət etmək lazım olduğunu bilirdik. Qələbə qazandıqda hər şey daha asan və rahat olur. Romada bir qədər həyəcan keçirdik, amma oyunu çevirməyi bacardıq. Bu təcrübə bizə hər zaman 100 faiz gücümüzü sərf etməyin vacibliyini xatırladır. Hər kəs öz töhfəsini verdi və belə də davam etməliyik", – deyə Kukurelya vurğulayıb.