Bir müddət əvvəl Dani Karvaxalı heyətə qatan "Xetafe" klubu daha bir transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, onlar gözünü "Real"ın daha bir canlı əfsanəsinə dikib.
Klub Serxio Ramosu da heyətinə qatmağa açıqdır.
Klubun prezidenti Anxel Torres açıqlamasında bildirib:
“Onun agenti ilə danışmışam. Agent həm də qardaşıdır. Ramos mümkün transferlər siyahımızdadır. O, komandamıza qoşula bilər ”.



