“Barselona” rəhbərliyi “Liverpul”un təcrübəli niderlandlı müdafiəçisi Virgil van Deykin durumunu yaxından izləyir və gələn yay onun transferi üçün rəsmi addım ata bilər.
Offsideplus.az xəbər verir ki, niderlandlı ulduz “Enfild”dən ayrılmaq variantına müsbət yanaşır və yeni çağırışlara açıqdır.
“Barselona” rəhbərliyi zədələr, eləcə də Jül Künde və Alexandro Baldenin komandadan ehtimal olunan ayrılıqları səbəbindən müdafiə xəttində yarana biləcək boşluqdan narahatdır.


