UEFA Çempionlar Liqasında “Pari Sen-Jermen”lə keçiriləcək vacib oyundan cəmi bir neçə gün əvvəl Xansi Flikin yetirmələri gözlənilməz səfər əngəli ilə qarşılaşıblar.

Offsideplus.az xəbər verir ki, “Real Betis” üzərində qazanılan 5:2 hesablı inamlı qələbədən sonra “Barselona” heyəti Kataloniyada tüğyan edən güclü tufan və əlverişsiz hava şəraiti səbəbindən gecəni Sevilyada keçirməyə məcbur olub.

Baş verən gecikmə nəticəsində komandanın bazar günü saat 11:00-a planlaşdırılan məşq prosesi ləğv olunub.