“Mançester Siti”nin apellyasiya strategiyası olduqca cəsarətli bir istiqamət ala bilər.

Offsideplus.az xəbər verir ki, klubun apellyasiya prosesində paneli Əbu-Dabi hökuməti tərəfindən təqdim olunan sənədlərin həqiqiliyini sorğulamağa çağıracağı ehtimal olunur.

“Şəhərlilər”in strategiyası rəsmi olaraq təqdim olunan sənədlərin doğruluğunu və orijinal olub-olmamasını müzakirəyə çıxarmağa əsaslana bilər.

Belə bir addım Böyük Britaniya ilə Əbu-Dabi arasında diplomatik gərginlik yarada bilər. Bu isə məhkəmə və ya dinləmə proseslərini elə bir mürəkkəb səviyyəyə qaldıra bilər ki, sonda bu vəziyyət klubun özünün xeyrinə nəticələnə bilsin.