Dördqat NBA çempionu Kley Tompsonun "Mayami Hit"də keçirdiyi hazırlıq oyunlarındakı zəif göstəriciləri diqqət çəkib. O, yeni komandasında dörd qarşılaşmada orta hesabla 4,2 xal, 1,2 ribaund və 1,5 assistlə yadda qalıb. Tompsonun ümumi atış dəqiqliyi 26,9 faiz, üçxallıq atışlarda isə cəmi 15 faiz olub.
Offsideplus.az xəbər verir ki, Tompson bu barədə jurnalistlərin suallarını cavablandırarkən narahat olmadığını bildirib: "Toplar səbətə düşəcək. Ümumiyyətlə, buna görə narahat deyiləm. Kifayət qədər uzun müddətdir basketbol oynayıram və yaxşı günlərin də, uğursuz anların da olduğunu yaxşı bilirəm. Sadəcə, işləməyə davam etmək və ardıcıl olmaq lazımdır. Nəticədə, karyeram boyu göstərdiyim orta göstəricilərə çatacağıma inanıram".


